Bütün hallarda odla oynamağın öz nəticəsi olur.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentliyinə namizəd Donalda Trampa ikinci sui-qəsd cəhdinə münasibət bildirərkən deyib.
O, Trampa sui-qəsddə şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiyanın deyil, ABŞ xüsusi xidmət orqanlarının düşünməli olduğunu söyləyib.
"Rusiya ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin hesab edir",- deyə Kremlin sözçüsü vurğulayıb.