“Kreml İranda rejim dəyişikliyini qəbuledilməz sayır, ölkənin Ali L öldürülməsi isə "Pandora yeşiyi”nin açılması olardı".
APA xəbər verir ki, bunu "Sky News" telekanalına müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu barədə danışmaq belə qəbuledilməzdir. Moskvanın Xameneinin qətlinə reaksiyası isə son dərəcə mənfi olardı", - Peskov vurğulayıb.
"Hadisələrin bu cür inkişafı “Pandora yeşiyi”nin açılması ilə nəticələnərdi", - Putinin sözçüsü əlavə edib.
Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı hərbi əməliyyatın məqsədlərindən birinin məhz Xameneinin ölürülməsi olduğunu bəyan edib.