Kursk qubernatoru Ukrayna PUA-sının AES-ə hücum cəhdini təsdiqləyib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib ki, PUA-nın radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsi nəticəsində dron Kursk AES-ə aid olmayan köməkçi tikiliyə düşüb. Nəticədə partlayış baş verib.
Qubernator hazırda təcili yardım xidmətlərinin hadisə yerində olduğunu söyləyib.