Kursk vilayətində atəşə məruz qalan 69 nəfər xəstəxanada müalicə olunur

Mixail Muraşko

© APA | Mixail Muraşko

# 11 avqust 2024 12:08 (UTC +04:00)

Ukrayna ordusunun Kursk vilayətini atəşə tutması nəticəsində yaralanan 69 nəfər, o cümlədən 8 uşaq xəstəxanada müalicə alır.

APA xəbər verir ki, bu barədə avqustun 11-də Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.

“Səkkiz uşaq olmaqla 69 nəfər xəstəxanadadır. 17 yaralının vəziyyəti ağırdır. İki uşaq olmaqla 29 zərərçəkənə ambulator yardım göstərilib. Səkkiz nəfər evə buraxılıb”, - deyə o vurğulayıb.

Nazirin qeyd etdiyi kimi, 11 nəfər, o cümlədən dörd uşaq Moskvanın federal tibb mərkəzlərində və xəstəxanalarında müalicəsini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR