Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Ukrayna raketinin Kurskda yaşayış binasına düşməsi nəticəsində 13 nəfərin yaralandığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
APA TASS-a istinadən xəbər verir ki, Smirnov bunu öz şəxsi “Telegram” kanalında yazıb.
"Təəssüf ki, ukraynalı terrorçuların hücumu nəticəsində hazırda 13 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır", - deyə o, bildirib.