Lavrov MDB XİN başçıları Şurasının iclasında müzakirə olunan əsas məsələləri açıqlayıb

Lavrov MDB XİN başçıları Şurasının iclasında müzakirə olunan əsas məsələləri açıqlayıb
# 12 aprel 2024 15:22 (UTC +04:00)

MDB Xarici İşlər Nazirləri Şurasında Birlik məkanında təhlükəsizlik sahəsinə, o cümlədən terrorizmə qarşı birgə mübarizəyə böyük diqqət yetirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasındakı bütün nümayəndə heyətləri "Crocus"dakı terror aktı ilə bağlı Rusiya Federasiyası ilə həmrəy olduqlarını təsdiqləyiblər.

Lavrov əlavə edib ki, Xarici İşlər Nazirləri Şurasının iclasında MDB-yə üzv ölkələrin işlərinə xarici qüvvələrin müdaxiləsi mövzusu müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR