Lavrov: Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında hər cür kömək göstərməyə hazırdır

Rusiya xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiya xarici işlər naziri Sergey Lavrov

# 23 may 2025 14:05 (UTC +04:00)

Rusiya Ermənistan və Azərbaycana sülh müqaviləsinin bağlanmasında səmimi qəlbdən uğurlar arzulayır və bundan sonra da tərəflərə hər cür kömək göstərməyə hazırdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov tarixi cənub rus torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsi Rusiya, Ermənistan və Azərbaycan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub.

"Hər iki tərəf də bunda maraqlı olarsa, yardım göstərməyə davam etməyə hazırıq", - Rusiya XİN başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR