Lavrov Şimali Makedoniyaya səfər edib

Lavrov Şimali Makedoniyaya səfər edib
# 30 noyabr 2023 04:13 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Şimali Makedoniyaya səfər edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb.

"Düşmənin hiylələrinə baxmayaraq, biz Skopyedəyik", deyə Zaxarova bildirib.

Qeyd edək ki, Lavrova görə Ukrayna və Baltikyanı ölkələrin xarici işlər nazirləri Skopyeyə getməkdən imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR