Lavrov: “Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 18 may 2024 21:21 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsveçrədə Ukrayna ilə bağlı konfransın təşkilatçıları heç bir perspektivi olmayan cəfəngiyyatla məşğuldurlar.

APA “TASS”a istinadən xəbər verir ki, nazir bunu Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında deyib.

Onun sözlərinə görə, konfrans iştirakçılarının bunu anlamadığına inanmır.

“Məqsəd sülhə nail olmaq deyil, yalnız mümkün qədər çox ölkəni Rusiyaya qarşı yönəltmək və sonra bizə qarşı olan daha bir neçə maddi addım atmağa çalışmaqdır”, - Lavrov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR