Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib

Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib
# 05 dekabr 2023 14:21 (UTC +04:00)

Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da inkişaf etdirə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlər ilə görüşündə deyib.

“Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu, heç bir bürokratik sxemsiz dialoq vasitəsilə artırmaq olar. Bugünkü iclasımız bu vəzifələrə həsr olunub, biz Xəzər sammitlərinin qərarlarının həyata keçirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edən mövzuların geniş spektrini müəyyənləşdirmişik və biz bir sıra praktiki məsələlərə, bir sıra sənəd layihələrinə diqqət yetirəcəyik, onları nəzərdən keçirəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov deyib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlıq Avrasiyada təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə töhfə verir.

O bildirib ki, Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşməsi daha geniş mənada da aktualdır: "Mən çoxqütblü dünya nizamının formalaşması, dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmlənməsi kontekstində nəzərdə tuturam. Bu kontekstdə Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir”, deyə Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR