Lavrovla Abdullahiyan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Lavrovla Abdullahiyan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
# 13 aprel 2024 20:22 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqda əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib.

Rusiya tərəfi bir daha İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hava hücumunu kəskin şəkildə pislədiyini vurğulayıb.

Tərəflər siyasi və diplomatik əməkdaşlığın, o cümlədən qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsində maraqlı olduqlarını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR