MDB-nin İnsan Hüquqları Komissiyasına sədr seçilib

MDB-nin İnsan Hüquqları Komissiyasına sədr seçilib
# 29 noyabr 2023 12:33 (UTC +04:00)

MDB-nin İnsan Hüquqları Komissiyasına sədr seçilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu vəzifəyə Rusiyanın insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova seçilib.

Onun bu vəzifəyə 2 il müddətinə seçildiyi bildirilib.

Qeyd edək ki, polis general-mayoru Tatyana Moskalkova 2016-cı ildən Rusiyanın insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR