Mirzoyan Paşinyanın KTMT ilə bağlı fikirlərinə düzəliş edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

© APA | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

# 12 iyun 2024 18:38 (UTC +04:00)

“Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib”.

APA-nın “tert.am”a istinadən xəbərinə görə, bu fikirləri parlamentdəki çıxışında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq”, – Mirzoyan fikirlərini belə yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR