Moskvanın Xoroşevski Məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovu qiyabi həbs edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, keçmiş deputat Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan Qudkov 2021-ci ildən Rusiyanı tərk edib.