Bank Of Baku

Moskva vilayətində partlayışda ölən şəxsin Rusiya MN Baş Raket və Artilleriya İdarəsinin rəisi olduğu bildirilir

Moskva vilayətində partlayışda ölən şəxsin Rusiya MN Baş Raket və Artilleriya İdarəsinin rəisi olduğu bildirilir
# 09 iyun 2026 21:23 (UTC +04:00)

Bu səhər Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışı nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir.

APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub.

Bildirilir ki, general sözügedən avtomobili 2024-cü ildə Vladimir vilayətində yaşayan bir iş adamından alıb.

Rusiya mediasının məlumatına əsasən, Dəmir Davıdov Ukraynada müharibə başlayandan sonra dəfələrlə Luqansk vilayətinə səfər edib.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR