Moskvada partladılan avtomobil FTX agenti olan keçmiş Ukrayna kəşfiyyatçısının imiş - VİDEO - YENİLƏNİB

Moskvada partladılan avtomobil FTX agenti olan keçmiş Ukrayna kəşfiyyatçısının imiş - VİDEO  - YENİLƏNİB
# 12 aprel 2024 15:44 (UTC +04:00)

Moskvada partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.

Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

***

14:26

Moskvanın Korovinskoye şossesində avtomobil partlayıb, daha iki avtomobilə ziyan dəyib.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, parklanmış vəziyyətdə olan "Land Cruiser Prado" markalı avtomobilin sürücüsü maşını işə salarkən partlayış baş verib.

Sürücünün ayağından xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Partlayış nəticəsində yaxınlıqda dayanmış "İnfiniti" və "BMW" markalı avtomobillərə ziyan dəyib. Hazırda təhlükəsizlik qüvvələri avtomobilim hansı səbəbdən partladığını araşdırır.

Avtomobilə bomba qoyulması istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR