Sentyabrın 9-da Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesi ilə bağlı danışıqlara rəsmi olaraq başlandığını elan edib.
APA xəbər verir ki, Qriqoryan bu barədə Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasla birgə bəyanatı zamanı danışıb.