Peskov: ABŞ Türkiyəyə açıq təzyiq göstərir

Peskov: ABŞ Türkiyəyə açıq təzyiq göstərir
# 13 sentyabr 2024 14:32 (UTC +04:00)

ABŞ Türkiyəyə açıq təzyiq göstərir, lakin Ankara Moskva ilə münasibətləri inkişaf etdirmək də daxil olmaqla, yalnız öz maraqlarından çıxış edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də, ABŞ Türkiyə Respublikasına açıq təzyiq göstərək iqtisadiyyat üçün qorxulu nəticələrlə hədələməkdən çəkinmir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Ankara Moskva ilə ticarət, iqtisadi və digər əməkdaşlığı inkişaf etdirmək də daxil olmaqla, yalnız öz maraqlarını rəhbər tutmağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR