İran hələ ki, ölkə prezidenti İbrahim Rəisinin helikopter qəzasının araşdırılması üçün Rusiyadan kömək istəməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İran tərəfindən bununla bağlı heç bir siqnal daxil olmayıb.
Peskov Tehranın Rusiya rəsmilərini Rəisi ilə vida mərasiminə dəvət etmədiyini də söyləyib: “Siz dəfn ənənələrini bilirsiniz, onlarda belə mərasimlərdə beynəlxalq nümayəndələrin iştirakına baxılmır. Ona görə də iranlı dostlarımızdan bu barədə heç bir məlumat almamışıq”, - deyə Kremlin sözçüsü vurğulayıb.