Peskov: Putin və Tramp arasında şəxsi görüşün təşkili hazırda müzakirə olunmur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

# 19 iyun 2025 07:51 (UTC +04:00)

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında şəxsi görüşün təşkili ilə bağlı heç bir müzakirə aparılmır.

Bu barədə o, "RİA Novosti" agentliyinə açıqlamasında deyib.

“Xeyr, hazırda belə bir şey yoxdur”, — deyə Peskov sualı cavablandırarkən qeyd edib.

Eyni zamanda Kreml rəsmisi əlavə edib ki, belə bir görüşün keçirilməsi müəyyən hazırlıq tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR