Polşa Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır, rəsmi Moskva cavab tədbirləri vəd edib

Polşa Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırır, rəsmi Moskva cavab tədbirləri vəd edib
# 30 may 2024 14:38 (UTC +04:00)

Rusiyanın Varşavadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyindən iyunun 1-dən diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair nota alıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyinin rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair notasında səbəblərə dair izahatlar yoxdur.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası Polşanın Moskvadakı səfirliyinə və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı Baş Konsulluqlarına qarşı cavab tədbirləri görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR