Putin: Çətin ki, Almaniya Ukrayna münaqişəsinin həllinə ABŞ-dan böyük töhfə verə bilsin

Putin: Çətin ki, Almaniya Ukrayna münaqişəsinin həllinə ABŞ-dan böyük töhfə verə bilsin
# 19 iyun 2025 01:30 (UTC +04:00)

Almaniya çətin ki, Ukrayna münaqişəsinin həllinə ABŞ-dan böyük töhfə verə bilsin.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, vasitəçi neytral olmalıdır.

Putin Almaniyanın Ukraynaya Rusiya ərazisini vura biləcək uzaq mənzilli raketlər vermək planlarından da danışıb. Vurğulayıb ki, "Taurus" raketlərinin Ukraynaya mümkün tədarükü xüsusi hərbi əməliyyatın gedişatına təsir etməyəcək, lakin Almaniya və Rusiya arasında münasibətləri korlayacaq.

Putin əlavə edib ki, Rusiya Almaniya və bir sıra digər ölkələrə Ukraynanı dəstəkləyən tərəf, hətta hərbi əməliyyatlarda iştirakçı kimi baxır.

Putin Almaniyanın yeni kansleri Fridrix Mertslə telefon danışığının mümkün olub olmamasından da danışıb. Bildirib ki, Merts zəng etmək istəsə, Rusiya heç bir təmasdan imtina etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR