Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib

Rusiya prezidenti Vladimir Putin

© APA | Rusiya prezidenti Vladimir Putin

# 19 iyun 2025 02:21 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin İsrailin İranın ali dini lideri Ayətullah Xamneinin öldürmək planlarına münasibət bildirib.

APA-nın Rusiya bürosu xəbər verir ki, "AFP" agentliyinin əməkdaşı Putinə İsrailin Xameneini öldürməsinin mümkünlüyü barədə sual verib.

Putin bildirib ki, o, İsrailin Ayətullah Xameneini aradan götürmək imkanını müzakirə belə etmək istəmir.

"Mən bunu heç müzakirə etmək istəmirəm", - Kreml rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR