Putin ordunun şəxsi heyətinin sayını 180 min nəfər artırıb

Vladimir Putin

© APA | Vladimir Putin

# 16 sentyabr 2024 15:37 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrin şəxsi heyəti 2 milyon 389 min nəfərə qədər artırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Putinin fərmanına əsasən, Rusiya ordusunda hərbi qulluqçuların sayı 1,5 milyon nəfərə çatdırılıb.

Bununla da, ordunun şəxsi heyətinin sayı 180 min nəfər artırılıb.

Bundan əvvəl 2023-cü ilin dekabrında Rusiya Ordusunun şəxsi heyətinin sayı 170 min nəfər artırılaraq, 2 milyon 209 min 130 nəfərə çatdırılıb.

Onlardan 1 milyon 320 min nəfəri hərbçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR