Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib

Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib
# 14 oktyabr 2024 22:18 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini təqdim edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Dumanın məlumat bazasında yerləşdirilib.

“Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya edilsin”,deyə sənəddə qeyd olunub.

Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi tərəflərdən birinə hücum zamanı birinin digərinə hərbi və digər yardımlarını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR