Putin: Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir

Putin: Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir
# 28 may 2024 17:09 (UTC +04:00)

Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Görünən və mənə məruzə olunan ilk şey odur ki, Ukrayna Konstitusiyasında səlahiyyətlərin uzadılması nəzərdə tutulur, ancaq Radanın səlahiyyətləri uzadılır və Ukrayna Prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir. Ukrayna Konstitusiyasının 111-ci maddəsi var ki, ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət şəraitində parlamentin səlahiyyətləri uzadılır", deyə Rusiya prezidenti vurğulayıb.

Putin əlavə edib ki, Ukrayna dövlətçiliyi prezidentlik yox, parlamentli respublika ideyasına əsaslanır:"Konstitusiyanın özünün və onun əsasında qəbul edilən hüquqi aktların bu şəkildə qurulması tamamilə məntiqlidir".

Rusiya prezidenti deyib ki, Ukraynada hakimiyyətin legitimliyi sualına yekun cavabı Ukraynanın siyasi və hüquqi sistemi verməlidir və “bu o qədər də çətin deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR