Dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə işgüzar səfərə gələcək İran Prezidenti İbrahim Rəisi ilə Moskvaya danışıqlar aparacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, prezidentlərin görüşündə ikitərəfli əməkdaşlığın cari gündəliyinin əsaslı şəkildə nəzərdən keçirilməsi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat və enerji sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsinə diqqət yetirilməsi planlaşdırılır.
"Həmçinin əsas beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə Kremlin məlumatında qeyd olunub.