Qazaxıstan Prezidenti Rusiyaya səfər edib

Qazaxıstan Prezidenti Rusiyaya səfər edib
# 21 fevral 2024 20:08 (UTC +04:00)

Qazaxıstan Prezidenti Vladimir Putinlə görüşüb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidentinə Kazanı ziyarət etmək dəvətinə görə təşəkkürünü bildirərək "Gələcəyin oyunu"nun birinci Beynəlxalq turnirinin unikal xarakterli olduğunu qeyd edib. Bildirib ki, Qazaxıstan Rusiyaya güclü komanda ilə gəlib və müəyyən müsbət nəticələrə ümid edir. Rusiya Federasiyasının təşəbbüsünü davam etdirmək üçün növbəti "gələcək oyunları"nın Qazaxıstanda keçirilməsi arzuolunandır.

Kasım-Jomart Tokayev Qazaxıstan və Rusiya arasında ikitərəfli münasibətlərin müsbət dinamikasını da qeyd edib.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR