Qazaxıstan Rusiya ilə “+7” ümumi beynəlxalq telefon kodunun istifadəsinə dair müqavilə imzalayacaq.
APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.
Hazırda rəsmi Astana Rusiyadan bununla bağlı təsdiq notası gözləyir.
Qeyd edək ki, 2021-ci ildən “+997” kodundan istifadə edən ölkədə bir qədər əvvəl hökumət bu məsələnin ciddi maliyyə itkiləri və texnoloji problemlər yaratdığını açıqlayıb.