Rəsmi Moskva Vaşinqton və Londonu Rusiyaya qarşı genişmiqyaslı təxribat planlaşdırmaqda ittiham edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

© APA | Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

# 13 iyun 2024 17:14 (UTC +04:00)

Vaşinqton və London Kiyev üçün Rusiya Federasiyasına qarşı genişmiqyaslı təxribat planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, anqlosakslar açıq şəkildə Kiyev rejimini vəhşi terror aktları törətməyə təhrik edirlər.

"İndi Vaşinqton və London genişmiqyaslı təxribat planlaşdırır”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR