Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) aviaşirkətlərə İraa, İordaniya və İsrailin hava məkanından istifadə etməyi qadağan edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinə aprelin 14-ü Moskva vaxtı ilə saat 07:00-a qədər İraq və İsrailin hava məkanından istifadə etməyi qadağan edib.
Qeyd edək ki, İran İsrailə qarşı PUA və qanadlı raketlərlə hücuma keçdiyini açılayıb.