Rusiya BMT-nin Yaxın Şərqdəki sülhməramlılarının sayının artırılmasını təklif edib

Rusiya BMT-nin Yaxın Şərqdəki sülhməramlılarının sayının artırılmasını təklif edib
# 29 noyabr 2023 23:22 (UTC +04:00)

Rusiya BMT-nin Yaxın Şərqdəki sülhməramlılarının mandatının genişləndirilməsini təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun sözlərinə görə, bu missiyanın iki yüzdən çox hərbi müşahidəçisi var, onların sayı artırıla bilər.

Qeyd edək ki, BMT-nin Atəşkəsə Nəzarət Orqanı təşkilatın ilk sülhməramlı missiyasıdır.

Atəşkəsə Nəzarət Orqanı BMT Təhlükəsizlik Şurasının 29 may 1948-ci il tarixli 50 saylı Qətnaməsinə uyğun olaraq Fələstində atəşkəs razılaşmalarını həyata keçirmək üçün yaradılıb.

Bu qurumun hərbi müşahidəçiləri Livanın cənubunda və Qolan yüksəkliklərində, Beyrut, Dəməşq və Qüdsdə fəaliyyət göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR