Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib

Rusiya MN: Belqorod üzərində “Toçka-U” raketi məhv edilib
# 19 may 2024 03:19 (UTC +04:00)

Ukraynanın “Toçka-U” taktiki raketi Rusiyanın Belqorod vilayəti üzərində səmada hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

“Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı “Toçka-U” taktiki raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində bir taktiki raketi məhv edib”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR