Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Belqorod vilayətində fəaliyyət, eləcə də qoşunların güc strukturları ilə müştərək idarəolunması sisteminin effektivliyinin təmin olunması üzrə plan hazırlayıb.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov sərhədyanı bölgələrin təhlükəsizliyinin təminatına həsr olunan müşavirədə deyib.
Nazir sözügedən planın icrasını nəzarətə götürdüyünü bəyan edib.
İclasda həmçinin, Belqorodun ərazi bütövlüyünün təmin olunması və əhalinin müdafiəsinin təşkilinə dair məsələlər müzakirə olunub.