Rusiya MSK prezident seçkiləri ilə bağlı təfərrüatları açıqlayıb

Rusiya MSK prezident seçkiləri ilə bağlı təfərrüatları açıqlayıb
# 07 dekabr 2023 12:52 (UTC +04:00)

Rusiya Federasiyasında 2024-cü ildə keçiriləcək prezident seçkilərində xaricdə məsafədən səsvermə olmayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

Onun sözlərinə görə, ölkə xaricində məsafədən səsvermə çox risklidir: “Xeyr, qətiyyən olmayacaq. Çünki bizə dost olmayanlar bizi düşmən təyin ediblər. Onlar seçkilərimizi pozmağa, gözdən salmağa hazırlaşırlar. Biz, ilk növbədə, təhlükəsizlik məsələlərini rəhbər tutaraq, ölkə daxilində hansı regionların məsafədən elektron səsvermədən istifadə edəcəyinə çox diqqətlə qərar verəcəyik".

Pamfilova vurğulayıb ki, Qərb ölkələrinin siyasəti ucbatından Rusiyanın xaricdə səsvermə ilə bağlı çoxlu problemləri var.

"Xaricdə səsverməyə gəlincə, indi bununla bağlı çoxlu problemimiz var. Problem ondadır ki, özlərini demokratik adlandıran və faktiki olaraq Rusiyaya qarşı bütün cəbhələrdə açıq şəkildə müharibə aparan ölkələr xaricdə olan vətəndaşlarımızın, o cümlədən seçicilərimizin hüquqlarını bir çox cəhətdən məhdudlaşdırıb. Mən vurğulayıram ki, bu, onların günahıdır, çünki bizdə xaricdə səsvermə ilə bağlı dünyada ən liberal qanunvericilik var”, - deyə Rusiya MSK sədri əlavə edib.

Qeyd edək ki, bu gün Federasiya Şurası Rusiya Federasiyasının prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib,

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR