Rusiya Müdafiə Nazirliyi qoşunları pilotsuz uçuş aparatları ilə mübarizə üçün avtomatik və yarımavtomat karabinlərlə aktiv şəkildə təchiz etməyə başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini general-polkovnik Yunus-Bek Yevkurov bildirib.
Onun sözlərinə görə, artıq Ukraynada müharibə zonasında tapşırıqları yerinə yetirən qruplara 700 ədəd silah verilib və onların sayı artacaq.
“Bizdə artıq mərkəzləşdirilmiş satınalmalar var. Karabinlər böyük miqdarda verilir. İndi hər bir qrupu bütövlükdə götürsək, təkcə son bir ayda biz bu müasir karabinlərdən 700-nü qoşunlara göndərmişik. Təbii ki, təchizat hər gün artırılacaq”, - deyə Yevkurov vurğulayıb.