Rusiya və Belarus liderləri telefonla danışıb

Rusiya və Belarus liderləri telefonla danışıb
# 02 mart 2024 14:55 (UTC +04:00)

Rusiya və Belarus liderləri Vladimir Putinlə Aleksandr Lukaşenko telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Lukaşenkonu 25 fevralda vahid səsvermə gününün uğurla keçirilməsi münasibətilə təbrik edib. Prezidentlər ölkələr arasında münasibətlərin gələcək inkişafı və beynəlxalq vəziyyətin əsas aspektlərini ətraflı müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR