ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Amerika rəsmilərinin İrəvana səfərləri estafet rejiminə keçib.
M. Zaxarovanın sözlərinə görə, amerikalılar arasında əvvəllər belə aktivlik müşahidə olunmayıb:
"Birləşmiş Ştatlar əvvəllər belə səxavətlilik göstərməyib. Bəlkə Ermənistanın indiki hakimiyyət orqanları deyil, amma kömək üçün siz yenə də ödəməli olacaqsınız. Onlar sizə qərar qəbul etməkdə kömək edəcəklər, lakin maraqlarınızı nəzərə almadan ərazinizdən, resurslarınızdan və imkanlarınızdan istifadə edəcəklər”.