KTMT-nin Ermənistanı müdafiə etmədiyi barədə qəsdən dezinformasiya yayılır, bu həqiqət deyil.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib .
O, qeyd edib ki, İrəvandan vaxtaşırı eşidilən iddialar absurddur və faktlara əsaslanmır: "Bu fonda Rusiya Federasiyası ilə siyasi dialoq və qurumlararası əməkdaşlıq məhdudlaşır. Yəni iqtisadiyyat bir şeyi göstərir, siyasi üstqurum isə bunun əksini edir. Bundan əlavə, bildirilir ki, İrəvan Aİİ-də qalır, lakin KTMT-dəki mövcudluğunu dondurur, sanki bu strukturlar müxtəlif ölkələrdən ibarətdir. Qərbin təzyiqləri var, Qərb rəsmilərinin sözləri görünür İrəvanın siyasi ritorikasında öz əksini tapıb", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.