Rusiya XİN Roma Statutu ilə bağlı Ermənistana xəbərdarlıq edib

Rusiya XİN Roma Statutu ilə bağlı Ermənistana xəbərdarlıq edib
# 28 sentyabr 2023 17:12 (UTC +04:00)

Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

"Ermənistan tərəfindən Roma Statutunun ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Moskva Ermənistan Parlamentində statutla bağlı zərərli qərara möhür vurmayacaq qüvvələrin olacağına ümid edir", deyə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

O da vurğulanıb ki, İrəvan Rusiya tərəfinin sənədlə bağlı cavab təkliflərini nəzərə almayıb.

"Ermənistanın Roma Statutunu ratifikasiya etməsindən sonra Rusiya rəhbərliyinin respublikaya səfərlərini təsəvvür etmək çətin olacaq", - bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR