Rusiyada 43 uşağın olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Rusiyada 43 uşağın olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var
# 10 dekabr 2023 03:22 (UTC +04:00)

Rusiyada içərisində 43 uşaq olan avtobus Voronej vilayəti yaxınlığında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Liskinski rayonunda baş verən hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Voronej istiqamətində hərəkət edən “Iveco” markalı yük maşını ilə “Man” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində sürücü və növbətçi sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtobusda həmçinin 43 uşaq və onları müşayiət edən 4 nəfər olub.

Onlardan heç biri xəsarət almayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR