Rusiyada 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib

Rusiyada 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib
# 09 sentyabr 2024 15:26 (UTC +04:00)

Rusiya Federasiyasının Kareliya Respublikasının Segeja şəhərində 48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib.

APA-nın Rusiya bürosu xəbər verir ki, zəhərlənənlərə orta və ağır dərəcəli salmonellyoz diaqnozu qoyulub.

"Rospotrebnadzor"un respublika üzrə nümayəndəliyindən verilən məlumata görə, məhkəmə şaurmanın satıldığı məntəqənin fəaliyyətini 60 gün müddətinə dayandırıb.

Şəhərdəki üç məktəb sentyabrın 11-dək karantinə bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR