Rusiyada ağır qəza nəticəsində 5 nəfər ölüb

Rusiyada ağır qəza nəticəsində 5 nəfər ölüb
# 07 dekabr 2023 01:32 (UTC +04:00)

Krasnodar diyarının Severski rayonunda ağır yük maşınları və avtobusun iştirakı ilə baş verən iri avtomobil qəzası 5 nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsinin Telegram-kanalında məlumat verilib.

“Severski rayonunda baş verən güclü yol qəzasında beş nəfər həlak olub”, – nəşr yazır.

İdarədən verilən məlumata görə, “KamAZ” sürücüsü magistral yolda qarşıdakı “Mercedes” markalı mikroavtobusla toqquşub. Zərbənin təsirindən maşın qarşıdakı hərəkət zolağına çıxıb və ağır yük maşını ilə toqquşub.

"Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişini ölüb", - Daxili İşlər Nazirliyinin Kuban idarəsindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR