Rusiyada Müdafiə Nazirliyinin keçmiş əməkdaşı rüşvət ittihamı ilə saxlanılıb

“Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik

© APA | “Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik

# 06 avqust 2024 14:51 (UTC +04:00)

Rusiyanın Müdafiə Nazirliyinin Əşya Təminatı Xidmətinin keçmiş rəisi, “Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O bildirib ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi onun barəsində külli-miqdarda rüşvət alma maddəsilə həbs-qətimkan tədbiri seçib. İstintaq materiallarına görə, V. Demçik ümumilikdə 4 milyon rubl məbləğində vəsaiti rüşvət qismində əldə edib.

Məlumata görə, onun rəhbəri olduğu şirkət “Çaykovskiy Tekstil” Şirkətlər Qrupuna daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR