Rusiyada yol qəzası zamanı ikisi uşaq olmaqla dörd nəfər ölüb

Rusiyada yol qəzası zamanı ikisi uşaq olmaqla dörd nəfər ölüb
# 02 dekabr 2023 02:59 (UTC +04:00)

Rusiyanın Şimali Osetiya - Alaniya Respublikasında yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş İdarəsinin "Telegram" kanalında məlumat yayılıb.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb.

Qəza Mozdok-Çermen-Vladiqafqaz avtomobil yolunun 63-cü km-də baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR