Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalı ilə əlaqədar bu ölkədəki ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında deyilir.
“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - bəyanatda vurğulanıb.