Sentyabrın 13-də Rusiyanın tələbi ilə Qərb silahlarının rəsmi Kiyevə verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
APA xəbər verir ki, bunu Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“BMT Təhlükəsizlik Şurasında sentyabr “Ukrayna müzakirəsi”nə başlayırıq. Sentyabrın 10-da Nyu-York vaxtı ilə saat 15:00-da Ukraynadakı vəziyyətin humanitar aspektləri ilə bağlı qərblilərin tələb etdiyi görüş başlayacaq. Buna cavab olaraq, biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da Qərb silahlarının Kiyev rejiminə tədarükü ilə bağlı görüş keçiririk”, - deyə o, “Telegram” kanalında yazıb.