Sergey Lavrov: Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir

Sergey Lavrov: Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir
# 02 mart 2024 16:21 (UTC +04:00)

Ermənistan hakimiyyəti qonşuları və dostları ilə deyil, onların düşmənləri ilə münasibətlər qurmaq istəyir.

APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Ermənistan rəhbərliyi nədənsə da belə hesab edir ki, öz taleyini, tarixən onlarla həmrəy olan ən yaxın qonşular və xalqlarla əməkdaşlıqla deyil, onların dostlarına qarşı mövqedə olanlarla birlikdə qurmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR