Serj Sarkisyanın kürəkəninin cinayət işi məhkəməyə göndərilib

Serj Sarkisyanın kürəkəninin cinayət işi məhkəməyə göndərilib
# 29 noyabr 2023 13:21 (UTC +04:00)

Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin üçüncü Prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyanla bağlı cinayət işi baxılmaq üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu ilin avqust ayında Minasyana qarşı Dzora SES işi çərçivəsində yeni ittiham irəli sürülüb. Minasyan cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaqda təqsirləndirilib.

“Dzora SES” QSC-nin dövlət mülkiyyəti olan səhmlərinin ucuz qiymətə satılması ilə bağlı 2020-ci ilin yazında başlanan cinayət işində ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın da adı hallanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR