Seyran Ohanyanın oğlunun cinayət işi məhkəməyə göndərilib

Seyran Ohanyan

© APA | Seyran Ohanyan

# 14 may 2025 11:29 (UTC +04:00)

Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Artur Ohanyan Lələtəpə istiqamətində əks-hücum zamanı səhlənkarlıqda, hərbi qanunların tələblərini pozmaqda təqsirli bilinir.

Eyni hərbi hissənin başqa bir batalyon komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.

Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.

Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR